Nadirə yalnız bu ölkə tamaşaçısı səs verib - RƏSMİ

 13:10 16.05.2022     860

"Avroviziya”nın rəsmi saytı yarımfinallar və final üzrə səsvermələrin nəticələrini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin iştirak etdiyi ikinci yarımfinalda aşağıdakı ölkələrin peşəkar münsif heyəti səs verib:

- İspaniya – 12 xal;

- Almaniya – 10 xal;

- Serbiya – 8 xal;

- Böyük Britaniya – 8 xal;

- Finlandiya – 7 xal;

- Kipr – 6 xal;

- Estoniya – 6 xal;

- İsveç – 5 xal;

- Çernoqoriya – 5 xal;

- Malta – 4 xal;

- Çexiya – 4 xal;

- Gürcüstan – 4 xal;

- San-Marino – 4 xal;

- Avstraliya – 3 xal;

- Polşa – 3 xal;

- Rumıniya – 3 xal;

- Belçika – 3 xal;

- Şimali Makedoniya – 1 xal.

Mayın 14-də baş tutan finalda N. Rüstəmliyə bu ölkələrin peşəkar münsif heyəti səs verib:

- İspaniya – 12 xal;

- Serbiya – 12 xal;

- Yunanıstan – 12 xal;

- Kipr – 10 xal;

- San-Marino – 7 xal;

- İsveç – 7 xal;

- Böyük Britaniya – 7 xal;

- Almaniya – 6  xal;

- Ukrayna – 5 xal;

- Şimali Makedoniya – 4 xal;

- Finlandiya – 3 xal;

- Estoniya – 3 xal;

- Bolqarıstan – 3 xal;

- Albaniya – 3 xal;

- Belçika – 3 xal;

- Malta – 2 xal;

- Avstraliya – 2 xal;

- Moldova – 1 xal;

- Çernoqoriya – 1 xal.

Peşəkar münsif heyəti N. Rüstəmlinin çıxışını toplam olaraq 103 xalla qiymətləndirib.

Tamaşaçı səsverməsində isə təmsilçimiz 3 xal toplayıb. N. Rüstəmliyə yalnız Gürcüstan tamaşaçıları səs verib.

N. Rüstəmli 106 xalla 16-cı yerdə qərarlaşıb.