“Qremmi” mükafatına beş yeni nominasiya əlavə edildi

 02:25 11.06.2022     426

ABŞ-ın Səsyazma Akademiyası "Qremmi" mükafatına beş yeni nominasiya əlavə edib.

Redaktor.az "report.az"a istinadən bildirir ki, yeni kateqoriyalara "Video oyunlar və digər interaktiv media üçün ən yaxşı saundtrek", "Ən yaxşı bəstəkar", "Ən yaxşı poetik albom", "Amerikana" janrında ən yaxşı ifa" və "Şifahi poeziya janrında ən yaxşı ifa" daxildir.

"Akademiyanın əsas məqsədi musiqi dünyasında sənətçilərin maraqlarını təmsil etməkdir", - ABŞ-ın Səsyazma Akademiyasının bəyanatında deyilir.

Bundan başqa, 2023-cü ildə "Sosial dəyişikliklər haqqında ən yaxşı mahnı" üçün xüsusi mükafat təqdim olunacaq.