Ərəb dilində mahnı oxusa 100 min dollar alacaq

 02:37 17.06.2022     455

Türkiyəli müğənni Atiye İordaniya şahzadəsindən aldığı təkliflə gündəmə gəlib.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hüseyn Bin Abdulla sənətçiydən ad günündə ərəb dilində mahnı oxumasını və zərb alətində ifa etməsini istəyib.

Atiye bunun müqabilində 100 min dollar (təxminən 170 min manat) qazanacaq.