“Avroviziya 2023" Ukraynadan alındı

 15:40 17.06.2022     577

Ukrayna gələn il Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü, iyunun 17-də Avropa Yayım Birliyi (AYB) məlumat yayıb.Müsabiqənin Rəhbərlər Şurası belə qənaətə gəliblər ki, mövcud şərtləri, təhlükəsizlik vəziyyətini və yayımçı üçün tələb olunan operativ təminatları nəzərə alaraq və müsabiqə qaydalarına uyğun olaraq Avroviziya-ın təşkili və keçirilməsi hüququ Ukraynadan geri alınsın.”, - deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, qaydalara uyğun olaraq və tədbirin davamlılığını təmin etmək üçün AYB bu il ikinci yeri tutmuş Böyük Britaniya ilə “Avroviziya 2023” mahnı müsabiqəsinin bu ölkədə keçirilməsi barədə dair danışıqlara başlayacaq.

Qeyd edək ki, iyunun 13-də Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Kirill Timoşenko öz "Telegram" kanalında Ukraynanın 2023-cü ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə hazırlığa başladığı barədə məlumat verib.

Mayın 15-də prezident Zelenski deyib ki, Ukrayna hakimiyyəti “bir gün “Avroviziya” iştirakçılarının və qonaqlarının Ukrayna Mariupolunda qəbul olunmasını təmin etmək üçün hər şeyi edəcək”.

İLTİFAT