Xalq artisti müharibədə gözlərini itirən qaziyə zəng edib, mahnı oxudu - VİDEO

 11:37 18.06.2022     802

Xalq artisti Aygün Kazımova Vətən müharibəsində hər iki gözünü itirən qaziyə zəng edərək mahnı oxuyub.

Redaktor.az xəbər verir ki, hazırda xəstəxanada müalicə alan qazi Süleyman A.Kazımovanın “Gecələr keçir” mahnısını çox sevdiyini bildirib.

A.Kazımova onun nömrəsini taparaq zəng edib. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə Aygün Kazımovanın Süleymana zəng edərək sözügedən mahnını ifa etməsi və onu görməyə gələcəyini bildirdiyi anlar əks olunub (oxu.az).

Həmin görüntüləri təqdim edirik: