Atası Britni Spirsi yenidən məhkəməyə verdi

 03:41 20.06.2022     235

Atası Ceymi müğənni Britni Spirsi məhkəməyə verib.

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, Ceymi qızının onun adını ləkələmək üçün sosial şəbəkədə qara piara başladığını iddia edib. O, Britnidən and içərək ifadə verməsini tələb edib.

Ceymi eyni zamanda qızının onun haqqında dediyi, müalicə üçün səkkiz boru qan verməyə məcbur edib-etmədiyini, ona ağrıkəsici içməyi qadağan edib-etmədiyini cavablandırmasını istəyib.

Britninin vəkili Metyu Rozenqart nəşrə müsahibəsində Ceyminin hərəkətlərinin həqiqətə uyğun olmadığını açıqlayıb:

"Məhkəmə qərarı ilə biabırçı şəkildə qəyyumluqdan uzaqlaşdırılan cənab Spirs özünün şərəfini itirməkdə davam edir, bunu onun bu son əsassız və ehtiyatsız, səhv və yalanlarla dolu bəyanatından da görünür. Özü də bilir. O, nəinki qızına sataşmaq istəyirdi, indi də iddiadan sui-istifadə edərək, ifadə verməkdən gizlənir. Başqa hər kəs bu cür taktikadan utanardı, amma o və onun nümayəndələri həqiqətən həyasızdırlar. Onun reputasiyasını ləkələməyə gəlincə, cənab Spirs bunu çoxdan özünə edib".