Müğənni Kərim boşanan qadınlar haqqında: “Uşaqla kimdir səni alan?” - VİDEO

“O, kişidir. Gedib ikinci dəfə evlənəcək. Ay qadın, yazıq, bəs sən nə edəcəksən?!”
Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "MTV"yə müsahibəsində deyib.
Boşanan qadınlara münasibətinin davamında müğənni söyləyib:
“Qalacaqsan uşaqla evin bir küncündə. Gedib ikinci dəfə ərə gedəcəksən…Uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan. Nə oldu? Demək, sən onu sevməmisən”.
K. Abbasov əlavə edib ki, həyat yoldaşını sevən qadın ondan ayrılmağa çalışmaz.