«Arzumdur ki, oğlumun dörd arvadı olsun» - Şəbnəm Tovuzlu

 18:36 07.07.2022     1343

«Qızımın təhsil aldığı universitetdə belə bilən yoxdur ki, anası mənəm. Günel xoşlamır görünməyi, efirə çıxmağı. Çox məsuliyyətli qızdır. Ən böyük arzusu Fransa, Amerikada yaşamaqdır».

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu instaqramda canlı yayımda deyib. İfaçı övladlarından danışıb. O, oğlu ilə bağlı arzusunu açıqlayıb:

«Oğlum Əlinin dörd həyat yoldaşı olacaq. Bu mənim arzumdur… Çünki çox nəvə istəyirəm. Ona görə də arzumdur ona dörd xanım alım, dörd gəlin gətirim».

Vumart və Güvən reklamı Vumart Güvən