Məşhur azərbaycanlı aktyor ikinci dəfə ailə qurdu - VİDEO

 20:49 18.07.2022     343

Aktyor Əlixan Rəcəbov ikinci dəfə ailə həyatı qurub.

Redaktor.az xəbər verir ki, o, Çilənay adlı xanımla evlənib. Şad günündə yaxınlarını və dostlarını başına yığan cütlüyün toyu sadəliyi ilə diqqət çəkib. 

Xatırladaq ki, Əlixan 2019-cu ildə model İlona Tamiyeva ilə ailə qurub. Lakin onların evliliyi 4 ay çəkib. Daha sonra ikili həyat yollarını ayırıb.

Onu da bildirək ki, Əlixan Rəcəbovun çəkildiyi “Kəklikotu” filmində canlandırdığı bir səhnəsi ötən il trendə çevrilmişdi. Sözügedən səhnədə aktyor “Çelovek pauk gəldi” ifadəsini səsləndirərək əlindəki silahla müəyyən hərəkətlər etmişdi.