Röya şəhidlər qarşısında günahını belə yumağa çalışdı - VİDEO

 10:32 11.08.2022     1818

Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.

Redaktor.az xəbər verir ki, bu barədə müğənni studiyada oxuduğu mahnı ilə bağlı anları instaqramda paylaşıb:

"Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu".

"Yada düşürsən" mahnısının bəstəkarı Fərid Kərimliyə məxsusdur. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə itafən yazılan sözləri qiraət edib.

Pərviz Həsən oğlu Əliyev I Qarabağ müharibəsində iştirak edib. Onun döyüş yolu Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.

Xatırladaq ki, Röya sonuncu konsertini cəbhə bölgəsində çox saylı şəhidlərimizin olmasına baxmayaraq konsertini ləğv etməməsi insanlar tərəfindən böyük narazılıqla qarşılandı. 

Belə görünür ki, şəhidin məktubuna mahnı yazdırmaqla xalq artisti günahını yumağa çalışdı.

Nərmin Vüqarqızı