Zaqatalada yük avtomobilinin sürücüsü qəzada öldü

 22:50 11.08.2022     826

Zaqatalada maşın vuran yük avtomobili sürücüsü hadisə yerində ölüb.

Redaktor.az xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Şəxsiyyəti hələlik müəyyən edilməyən kişini minik avtomobili vurub.

Qəza zamanı ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb. Ölən şəxsin yük avtomobilinin sürücüsü olduğu bildirilir. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (apa).