Xaçmaz sakini bıçaqlandı

 22:19 13.08.2022     939

Xaçmaz rayonunda bıçaqlanma baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Ağtala kəndində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İlyasov Əfşan Ələkbər oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.