Özcan Dənizin Bakı konserti təxirə düşdü

 12:32 14.09.2022     1052

Türkiyəli müğənni Özcan Dənizin sentyabrın 16-da Bakı Konqres Mərkəzində baş tutacağı gözlənilən konserti şəhidlərə görə təxirə salınıb.

Bu barədə Redaktor.az-a konsertin təşkilatçısı olan “Anadolu Events”dən məlumat verilib.

Bildirilib ki, konsertin yeni tarixi bir müddət sonra açıqlanacaq: “Alınan biletlər həmin konsertdə keçərli olacaq. Həmçinin yaxın günlərdə baş tutacaq digər konsertləri də təxirə salmışıq”.

Ö. Dəniz, həmçinin instaqram hesabında paylaşım edib. O, Azərbaycan xalqına başsağlığı verib, şəhidlərimizə rəhmət diləyib.

Qeyd edək ki, Azərbaycanın bütün ümumi təhsil müəssisələrində sabah – sentyabrın 15-də Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirlər də ləğv olunub.