Bakıda konserti gözlənilən ukraynalı müğənnidən Ermənistana DƏSTƏK

 11:12 15.09.2022     1081

Dekabrın 10-da “Bakı Konqres Mərkəz”ində konsert proqramı ilə çıxış edəcəyi gözlənilən Ukraynanın məşhur pop ulduzu Maks Barskix ermənilərin Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlarda Ermənistana tərəf çıxıb.

 Redaktor.az xəbər verir ki, sənətçi erməni jurnalisti Mher Baghdasaryanın ölkəsi ilə bağlı yazdığı postu “Instagram” hesabının “Hekayə” bölməsində “repost” edərək, bu addımı ilə Ermənistanı dəstəkləyib.

Onun bu addımı isə azərbaycanlı izləyicilər tərəfindən qəzəblə qarşılanıb. Onlar ifaçının Bakıdakı konsertini ləvğ etməsini və Azərbaycandan üzr istəməsini tələb ediblər.