Rusiyanı tərk edən daha bir azərbaycanlı məşhur müğənni Bakıya gəldi - FOTO

 04:20 06.10.2022     1003

Rusiya şou-biznesində "HammAli" ləqəbi ilə məşhurlaşan azərbaycanlı repçi Aleksandr Əliyev Bakıya gəlib.  

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.

"HammAli" şəhərdə restoranların birində çəkdirdiyi fotosunu izləyiciləri ilə paylaşıb. 

Repçi paytaxtımıza gəlişini burada iştirak edəcəyi toy ilə əlaqədar olduğunu açıqlayıb.

Qeyd edək ki, ötən həftə Rusiyanın məşhur video bloqeri Hüseyn Həsənov da Bakıya gəlib.

Vumart və Güvən reklamı Vumart Güvən