“Avroviziya-2023”ün keçiriləcəyi şəhər açıqlandı

 02:11 08.10.2022     1061

“Avroviziya-2023” mahnı müsabiqəsi İngiltərənin Liverpul şəhərində keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə teleaparıcı Qrem Norton BBC Yayım Korporasiyasının efirində bildirib.

BBC Avropa Yayım Birliyi ilə birlikdə qalib ərizənin seçimini yekunlaşdırıb.   

Seçimin nəticələrinə görə, “Avroviziya-2023”-ün keçiriləcəyi yer Liverpul olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən