"Həyat yoldaşım gəlinimizlə mənə xəyanət etdi" - Azərbaycanlı aktrisa- VİDEO

 13:38 10.10.2022     5057

"Oğlumun bir, qızımın iki yaşı vardı. Həyat yoldaşım evimin içində qardaşımın arvadı ilə mənə xəyanət etdi". 

Redaktor.az xəbər verir ki, bu sözləri aktrisa Nazakət Məmmədova qonaq olduğu "Ümid var" ictimai-sosial verilişdə deyib. 

Həyat yoldaşı tərəfindən xəyanətlə üzləşən sənətçi başına gələn hadisəni belə nəql edib. 

"Bu haqda mən heç zaman danışmamışam. Bu hadisədən sonra qardaşım həyat yoldaşından, mən də öz həyat yoldaşımdan ayrıldım. İndi mənə xəyanət edən ataya öz övladını göstərim?" - deyə Nəzakət bildirib. 

Vumart və Güvən reklamı Vumart Güvən