Natavan Həbibi ilk dəfə hamiləlik iddialarına CAVAB VERDİ - VİDEO

 01:18 16.10.2022     525

Bir neçə ay əvvəl "Dado" ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Səid Əliyevin sosial şəbəkə hesabında yaydığı videoaçıqlamada söylədiyi "Keçmiş həyat yoldaşım Natavan ikinci dəfə hamilədir. Amma uşaq məndən deyil" sözlərinə müğənni Natavan Həbibidən cavab gəlib.  

Redaktor.az xəbər verir ki, sənətçi "MTV maqazin" verilişinə müsahibəsində hamiləlik iddialarını yalanlayıb. "İllərdir özüm haqda dırnaq içində gözəl süjetlər, müsahibələr izləyirəm.

Gündəmdəyəm. İllərlə evdə otursam da, kliplər çəkdirməsəm də, olmayan yerdən haqqımda hansısa mövzular çıxır və uzadılır.  

Sonra da deyirlər ki, Natavan bu yolla özünü piar edir. Bu söhbətlər adamı dəli edir. Bu qədər yox da... Məni bu qədər ucuz söhbətlərə bağlamaq olmaz", - deyə Natavan bildirib.  
Qeyd edək ki, Natavan Həbibinin keçmiş həyat yoldaşı Səid Əliyevdən Zeyd adlı oğlan övladı var.