"Namusumla soyunuram" - Azərbaycanlı model

 21:37 21.10.2022     1575

"Miss Azərbaycan"ın qalibi Səmra Hüseynova qalmaqallı açıqlamaları ilə yenidən gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, tez-tez çılpaq fotolarına görə tənqid obyektinə çevrilən model bunun işi olduğunu xatırladıb.

MTV telekanalına açıqlama verən model "çılpaq şəkillərimi anam çəkir" deyə bildirib.

Model soyunmağında pis heç nə görmədiyini deyib:

"İş, sənət bunu tələb edir. Məni fotolarıma görə tənqid edənlərin heç biri qapımı döyüb mənə pul vermir. Mən sənət göstərirəm, modellik namussuzluq deməkdir?! Mən namusumla, qeyrətimlə çalışıram, yəni soyunuram".