Sibel Can Azərbaycanda bu məşhurun qızının toyuna gələcək

 16:00 25.10.2022     681

Müğənni Şəbnəm Tovuzlu qızı Günelin toyuna hazırlaşır. 

Redaktor.az xəbər verir ki, Axşam.az-a açıqlama verən sənətçi toyun Yeni ilə qədər olacağını deyib. Bir müddət əvvəl tək arzusunun qızının toyuna türkiyəli müğənni Sibel Canı gətirmək olduğunu deyən Şəbnəm bunla bağlı sualı cavablandırıb. 

"Allahın köməkliyi ilə, edəcəm. Hazırda danışıqlar gedir. Alınsa, Sibel Can toya gələcək. Ya Röya, ya Sibel Can... Arzulayıram" deyə, Şəbnəm bildirib. 

Qeyd edək ki, Şəbnəm "Uşaqlığımından onu sevirəm. Tək arzum onu qızımın toyuna gətirməkdir. 100 min istəsə də verəcəm və gətirəcəm" deyə, açıqlama vermişdi.

Şəbnəm qızının toyuna türkiyəli məşhuru GƏTİRƏCƏK:

 

 

Vumart və Güvən reklamı Vumart Güvən