Məşhur müğənni "qara siyahı"ya salındı
ABŞ rusiyalı məşhur müğənni Jasmin (Sara Şor) və onun həyat yoldaşı İlan Şoru "qara siyahı"ya salıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, ABŞ Rusiyaya məxsus 12 təşkilata və 8 şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.
Sanksiyalara məruz qalanlar sırasında sahibkar, xeyriyyəçi İqor Çayka, moldovalı oliqarx Vladimir Plahotniuc da var.












