Konsert biletləri rekord qiymətə SATILDI

 02:26 01.11.2022     351

Məşhur britaniyalı müğənni Adel konsert biletinin qiymətinə görə dünya rekordunu təzələyib. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni Adelin konsertinə biletlərin qiyməti 40 min funt-sterlinqə çatıb (təqribən 78 432 manat). 

Bu, estrada ulduzlarının çıxışları üçün qiymət rekordudur. Bu qiymət Elton Con, Rod Stüart və Cennifer Lopez kimi ulduzların konsertlərinin qiymətlərindən də çoxdur.

Qeyd edək ki, arxa sıra biletlərinin qiyməti isə təxminən 579 funt sterlinqdir.