Əlikram Bayramova vəzifə verildi
Azərbaycanın tanınmış müğənnisi Əlikram Bayramova yeni vəzifə verilib.
Redaktor.az xəbər verir ki, məşhur müğənni Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunub.
Müğənni faktı manşet.az-a təsdiq edib.
Qeyd edək ki, Əlikram Bayramov Biləsuvara köçüb. Hazırda orda yaşayır və fəaliyyət göstərir.












