Cavanşir Məmmədovun evində xeyir iş - FOTO

 17:59 07.12.2022     474

Əməkdar artist Cavanşir Məmmədovun evində xeyir iş olub. 

Redaktor.az xəbər verir ki, müğənninin nəvəsi Rəfiqənin "hə" mərasimi baş tutub. Dekabrın 2-də gerçəkləşən məclisdən görüntüləri Rəfiqə özü yayımlayıb. 

O, qohumlarından olan bəylə ailə qurmağa hazırlaşır. Digər diqqət çəkən məqam isə onun nişan üzüyünün qiyməti olub. Belə ki, paylaşılan zinət əşyasının üstündə 28 min manat qiymət etiketi yer alıb. 

Qeyd edək ki, C.Məmmədovun bir oğul, bir qız övladı var.