Selin Dion "sağalmaz" xəstə olduğunu etiraf etdi

 19:57 08.12.2022     497

Dünyaca məşhur müğənni Selin Dion sosial şəbəkələrin birində pərəstişkarlarına ağır xəbəri açıqlayıb.

Redaktor.az xəbər verir ki,  müğənninin sağalmaz “əzələ sərtliyi sindromu” olduğu aşkarlanıb. Sənətçi spazm və ağrılardan əziyyət çəkir, ona görə də oxuya bilmir.

"Bu pozğunluqla insan bədəni tədricən qandallanmağa başlayır, hər şey sərtləşir. Xəstəliyin müalicəsi yoxdur, ancaq xəstəliyin gedişatını yavaşlatmaq olar",- deyən Dion onu sevənləri əmin edib ki, bütün mümkün üsullardan istifadə edir.

"Təəssüf ki, bu spazmlar gündəlik həyatımın hər sahəsinə təsir edir, bəzən yeriməkdə çətinlik çəkir və əvvəlki kimi oxumaq üçün səs tellərimdən istifadə etməyimə mane olur",- müğənni əlavə edib.

S.Dion 2023-cü ildə baş tutmalı olan konsertlərini ləğv edib. 

Tunar Altunbay