Məşhur bloqer ölü tapıldı - FOTO

 09:46 10.12.2022     723

Gözəllik sahəsində fəaliyyət göstərən makedoniyalı məşhur bloqer Maya Yaneska Yohannesburqda öz evində ölü tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “The New York Post” yayıb. 

Hadisə yerinə gələn polis Maya Mia adı ilə tanınan bloqer və vizajisti yatağında başından güllə yarası almış halda aşkar edib. Silah bloqerin yanında yataqda olub. 

İnstaqram sosial şəbəkəsində 1,2 milyon izləyicisi olan bloqerin sevgilisi atəş səsi eşitdikdə hamam otağında olduğunu bildirib. 

İstintaq tədbirləri çərçivəsində silahın kimə məxsus olduğu açıqlanmayıb.