Xalq artisti Şuşa-Xankəndi yolundakı aksiyadan xəbərsizdir - "Xəbərim yoxdur"

 11:01 16.12.2022     890

Xəbər verdiyimiz kimi, artıq beş gündür ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası davam edir.

Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı isə Çindən ABŞ-a qədər dünyanın bir sıra ölkələrində səs salan bu aksiyadan xəbərsizdir.

Belə ki, mövzu ilə bağlı Redaktor.az-ın əməkdaşı aktrisanın fikirlərini öyrənməyə çalışıb. Dəfələrlə bu barədə münasibət bildirməsini xahiş etsək də, o, sualımızı belə sonadək dinləmədi:

“Mən ətraf mühitdən uzaqlaşmışam, buna görə heç bir sualınıza cavab verə bilməyəcəm. Heç nə deyə bilməyəcəm, heç bir şey. Çünki heç nədən xəbərim yoxdur. Şəhərdə olmadığıma görə, nə mətbuat oxuyuram, nə də baxıram”,- deyə Xalq artisti bildirdi.

Nərmin VÜQARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən