Gənc oğlanla evləndiyi deyilən Gülüstan Əliyevadan  AÇIQLAMA

 23:31 17.01.2023     544

Əməkdar artist Gülüstan Əliyeva sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub.

Redaktor.az axsam.az-a istinadən xəbər verir ki, xanəndənin Emin Xıdırov adlı gənclə yayımladığı şəkil birmənalı qarşılanmayıb.

Əliyevanın "Sevilmək sevməkdən gözəldir, öyrəndim…" sözlərinə insanlar müxtəlif şərhlər yazıb. Bir çoxları müğənninin ailə qurmağa hazırlaşdığını, fotodakı şəxslə eşq yaşadığını yazıb.

G.Əliyeva cavab verərək, məsələyə aydınlıq gətirib. O, yazılanlara təəccübləndiyini gizlətməyib:

"Oğlan modeldir, klipimdə çəkilib. Mən də klipdən anons paylaşdım. İnsanlar bilmir ki, nə yazsın".