Britni Spirs adını dəyişdi

 10:59 21.01.2023     1239

Amerikalı müğənni Britni Spirs İnstaqramda adını Qırmızı Çay kimi tərcümə olunan River Red olaraq dəyişdirdiyini açıqlayıb.

Redaktor.az "marca.com"a istinadla xəbər verir ki, ifaçı bu addımının səbəblərini açıqlamayıb.

"Mən hər şeyi görürəm ... maye var və yaşdır ... oynaqdır və kütləsi var !!! Adımı River Red olaraq dəyişdim!!! Yenə də atəş işıqlandırdığı yerdədir ... ona baxmaq və heç qorxmadan içəri atlamaq!"- o yazıb.

Müğənni sosial şəbəkədəki profilinin başlığında da adını dəyişib. 

Turan İSMAYIL

2