Yeni “Qladiator” gəlir

 21:41 23.01.2023     629

Məşhur aktyor Rassel Krou  “Qladiator” filminin çəkilməkdə olan sikveli barədə danışıb.

Redaktor.az "Daily Mail"ə istinadən xəbər verir ki, aktyor yeni filmdə çəkilməyəcəyini bildirib. O qeyd edib ki, rejissor Ridli Skott filmdə qullardan birinin sağ qalmış övladının 30 il sonrakı həyatını ekranlaşdıracaq. O, filmin davamının da uğurlu olacağına inandığını söyləyib.

“Qladiator” filmi 2000-ci ildə çəkilib və böyük uğur qazanıb. Film maliyyə ilə yanaşı, 5 “Oskar” mükafatı da qazandırıb.