“Əqrəb mövsümü” serialı neçəyə başa gəlib? - AÇIQLAMA

 23:33 23.01.2023     707

İctimai TV-də efirə gedən son günlər televiziya məkanında ən çox izlənən seriallardan biri olan “Əqrəb mövsümü”nün büdcəsi açıqlanıb.

Redaktor.az xəbər verir ki, layihənin baş prodüseri Yalçın Verdiyevin İqtisadiyyat.az-a məlumatına görə, serialın ümumi büdcəsi 249 min 643.60 manatdır.

Bu rəqəmə həm aktyorların qonorarı, həm rekvizitlərin alınması - bir sözlə bütün xərclər daxildir.

Y.Verdiyev həmçinin onu da əlavə edib ki, layihənin heç bir sponsoru yoxdur və qeyd olunan maliyə vəsaiti İTV-nin büdcəsindən ayrılıb.