Beyons 1 saatda 24 milyon dollar qazandı

 10:45 24.01.2023     305

Dörd ildən sonra Beyons Dubayda konsert verib.

Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, Beyons Dubayda lüks otelin açılışında yalnız “VIP” qonaqlar üçün düzənlənən xüsusi konsert verib.

Dörd ildən sonra ilk dəfə səhnəyə çıxan 41 yaşlı müğənninin 1 saatlıq konsert üçün 24 milyon dollar (450 milyon TL) qazandığı bildirilib.

Nərmin VÜQARQIZI