Həyat yoldaşı Barış Mançonun vəsiyyətini açıqladı

 23:20 31.01.2023     403

Mərhum türkiyəli müğənni Barış Mançonun həyat yoldaşı Lalə Manço sənətçinin illər əvvəl dediyi vəsiyyətini açıqlayıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərhum müğənninin istəyi “2023” əsərini ifa etməklə bağlı olub.

Həyat yoldaşı onun vəsiyyəti haqqında məlumat verib:

"Barış vəsiyyət edib ki, 2023-cü ildə 80 yaşı olan zaman “2023” bəstəsini simfonik orkestrin müşaiyət ilə ifa etsin. Bu əsər Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunub. Biz bu il ərzində müxtəlif texniki vasitələrlə onu səhnəyə çıxararaq arzusunu reallaşdırmağa çalışacayıq”.

Qeyd edək ki, Barış Manço 2 fevral 1999-cu ildə vəfat edib.