Məşhur müğənninin ağır vəziyyətdə görüntüləri yayıldı - VİDEO

 20:12 02.02.2023     567

Xalq artisti Nazpəri Dostəliyevanın xəstəxanaya yerləşdirilən bacısı Zeynəb Dostəliyevanın görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, ATV kanalında yayımlanan "A-dan Z-yə" verilişi xəstəxanadan reportaj hazırlayıb. Bacısının ağır vəziyyətdə olduğunu deyən Xalq artisti efirdə göz yaşlarına hakim ola bilməyib.

"İstər bacılarım, istərsə də qardaşlarım valideynlərimin yadigarıdır" , - müğənni bildirib.

Məlumat üçün bildirək ki, Zeynəb Dostəliyevanın ciyərləri və böyrəyi fəaliyyətini itirdiyi üçün onun qaraciyər və böyrək tranplantasiyasına ehtiyacı var.