Taleh Boradigahini döyüblər?  - “Silahlı dəstə qarşımı kəsdi”

 15:18 05.02.2023     698

Seyyid Taleh Boradigahi kimi tanınan mərsiyəxan Taleh Əsədov Moskvada döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.

“Dünən Moskvada bir dəstə əlisilahlı naməlum şəxslər çıxış edəcəyim məscidin qarşısına gələrək, mənim İmam Əlinin (ə) mövlud günündə iştirakıma mane olmaq istəyiblər. Mən gəlib məscidə daxil olmaq istəyəndə həmin əli silahlı dəstə qarşıma çıxıb, içəri keçməyə mane oldular. Bu zaman hadisə yerinə gələn Moskva polisinin və dəyərli qardaşlarımın sayəsində əli silahlı dəstənin niyyəti baş tutmadı” - mərsiyəxan bildirib.

Taleh Əsədov qeyd edib ki, insident zamanı döyülməyib və ona hər hansı xəsarət yetirilməyib.