“Allaha yalvarıram ki, məni dünyaya bir də gətirmə” - Müğənni
“İndi yaşayırıq, həyat şirindir. Amma ikinci dəfə mən bu həyata gəlmək istəmərəm. Dünyanın haqsızlıqlarına dözmürəm. Bu balaca çiyinlərimdə yükü daşıya bilmirəm, yorulmuşam. Allahıma dönə-dönə yalvarıram ki, məni bu dünyaya bir də gətirmə”.
Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı “Günün sədası” proqramında qonaq olarkən deyib. Müğənni həyatdan zövq almadığını bildirib:
“Dünya bir pəncərədir, hər gələn baxıb gedər”. Mən də gəldim, baxdıqlarımdan zövq almıram. Ancaq övladlarımdan zövq alıram. Bu dünyanı sevmirəm. Burada ayrılıqlar çoxdur. Uşaqlar ana-atalardan ayrılır. Buna dözmək çox çətindir. Gərək vecsiz olasan. Mən də bunu bacarmıram”.
O, həmin açıqlamasını instaqram hesabında yazaraq bunları əlavə edib: “Həyatın hər üzünü görmüşəm. Yaşım çox olmasa da, hər çətinliyi yaşamışam. Aclıq, soyuqdan donmaq, ana-ata arzulamaq və s. Bu dünyada müəyyən insanlara etibar yoxdur. Allah dünyamızı qorusun”.
Daha sonra sözügedən posta izləyicilərdən biri “sizdən daha pis yaşayanlar var, qədrini bilin” şərhini bu cür cavablandırıb:
“Bircə bunu deyə bilərəm ki, 5 yaşımda gecələr anamın qoynunda yatmaq, isti evimizdə böyümək istəyirdim. Əvvəldən mənimki gətirməyib. Yəni həyatım bu cür başlayıb”.