Həbs olunan məhşur prodüserin uşaqları sığınacağa yerləşdirildi - VİDEO
Müğənni Rəqsanə İsmayılova ötən gün həbs olunan prodüser Təranə Səmədovanın övladlarını sığınacağa yerləşdirib.
Redaktor.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında bildirib.
“Eşitdim ki, Təranənin problemləri, ehtiyacları var. Onunla danışırdım. Dedim ki, əlimdən gəldiyi qədər sənə kömək edəcəyəm. Amma bir az ağılla hərəkət etmək lazım idi. Ona, əsas da övladlarına yazığım gəlir. Bu gün onun övladlarını sığınacağa yerləşdirdim. Oradan gələndən bəri ağlayıram”, - müğənni deyib.
Xatırladaq ki, fevralın 14-də saxlanılan Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.
2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb (baku.tv).