Təranəni qızının atası həbs etdirib? - FOTO

 18:45 15.02.2023     808

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova həbs edilib. 

DİN prodüserdən şikayət edən şəxsin musiqiçi olduğunu bildirsə də, söhbətin konkret kimdən getdiyini açıqlamayıb.

Axşam.az-ın məlumatına görə, T. Səmədova bir müddət əvvəl həyat yoldaşı kimi təqdim etdiyi Rasim Həsənovun həbs olunduğunu açıqlayıb. O iddia edib ki, onunla bağlı şikayəti qızı Suelin atası, musiqiçi Abbas Səfərov verib.

“Qızımın musiqiçi atası həyat yoldaşımı həbs etdirib. Səhifəmdə Abbasın ailəsi ilə şəklini paylaşmışam, gedib şikayət edib ki, ailəsini narahat etmişəm, şantaj olunub”, - deyən Təranə Abbasdan dəfələrlə şikayətini geri götürməsini istədiyini vurğulayıb. 

Qeyd edək ki, Abbas nağara ifaçısıdır və Xalq artisti Ənvər Sadıqovun "Qaytağı" ansamblında çalışır.