Qazinin bu ifasına münsiflər dönməyib Peşman oldular - VİDEO

 18:47 27.02.2023     1334

İctimai televiziyada yayımlanan "Səs Azərbaycan" yarışmasında maraqlı olay yaşanıb. İkinci Qarabağ müharibəsinin iştirakçısı Məbud Əhmədov özünü bu səhnədə sınayıb.

Redaktor.az amma, münsiflər (Gülyaz Məmmədova, Samirə Əliyeva, İlqar Xəyal) ona dönməyiblər.

Etdikləri hərəkətdən peşman olan jürilər "Adam xəcalət çəkir. Siz artıq əsas qələbəni qazanmısınız" sözləri ilə təsəlli etməyə çalışıblar. Onlar hətta Məbudun yenidən oxumasını və səhvlərini düzəltməsini də istisna hal kimi xahiş ediblər.

Qeyd edək ki, Məbud əməliyyat masasında "Qarabağ" ifası ilə məşhurlaşıb.