Türkiyənin məşhur aktyoru barəsində həbs qərarı verildi
Türkiyəli tanınmış aparıcı Mehmet Ali Erbil 4 ay 15 gün həbs cəzasına məhkum edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, tiktoker Ece Ronayla məhkəməlik olan Erbil 13 min lirəlik cərimə ödəməlidir.
Buna səbəb onun klipində rol alan Ece Ronay Bilirə təcavüz etməsi iddiasıdır.
Qeyd edək ki, M. A. Erbil seksual qısnamada günahlandırılır.
Hazırda Ərbilin məhkəməsi davam edir. Onun 8 il 10 aya qədər həbs cəzası alması gözlənilir.