Dünya şöhrətli qrup Bakıda konsert verdi - FOTO

 11:07 05.03.2023     2805

Heydər Əliyev sarayında dünya şöhrətli “Akcent” qrupunun konserti olub.

Redaktor.az xəbər verir ki, özünəməxsus ifaları ilə milyonlarla insanın qəlbini fəth edən pop-musiqi qrupu öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib.

Dünyaşöhrətli müğənni Adrian Sinanın ifası Bakıda alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Sina tərəfindən yaradılıb. Fərqli vaxtlarda buraxılan mahnı və albomlar tez bir zamanda hitlərə çevrilərək qrupa nəinki Rumıniyada, bütün dünyada böyük uğur gətirib.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən