Azərbaycanın "Avroviziya 2023"dəki mahnı və klipi bu gün nümayiş olunacaq

 14:51 13.03.2023     1504

Azərbaycanın "Avroviziya 2023" Beynəlxalq Mahnı Yarışmasındakı mahnısı və klipi bu gün saat 19:00-da nümayiş olunacaq.

Redaktor.az xəbər verir ki, bunu İctimai Televiziyadan bildiriblər.

Qeyd olunub ki, mahnının adı "Tell me more"dir.

Xatırladaq ki, ölkəmizi bu il müsabiqədə TuralTuranX dueti təmsil edəcək.

Müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək (apa).