Manaf Ağayevin oğlunun həbsi barədə rəsmi AÇIQLAMA

 21:45 13.03.2023     1413

Bakı şəhər Dövlət Yol Polis İdarəsi müğənni Manaf Ağayevin oğlunun saxlanılmasına aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, İdarənin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, Müşfiq Ağayev Səbail rayon Yol Polis İdarəsinin əməkdaşları tərəfindən təhülkəsizlik kəmərinindən istifadə etmədiyinə görə ona “saxla” əmri verilib.

Sürücünün spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi məlum olub. Bu zaman Müşfiq Ağayev yol polisinin qanuni əmrinə tabe olmayıb və onları təhqir edib. Müşfiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib edilib.

Bundan başqa o, yol polisini təhqir etdiyi üçün 8-ci Polis Bölməsinə aparılıb. Onun barəsində 510-cu maddə ilə protokol tərtib olunaraq baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib

 

Məhkəmə protokolu təmin edib və Müşfiq Ağayev barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb.