Seda Sayan eşitmə qabiliyətni itirdi

 23:00 23.03.2023     698

Türkiyənin tanınmış ifaçısı Seda Sayan eşitmə qabiliyyətini itirib.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ötən gün qatıldığı məclisdə hər iki qulağına eşitmə cihazı taxıb.

Müğənninin bu görüntüləri heyranlarını olduqca təəccübləndirib.

Məlumata görə, Sayan apardığı televiziya proqramında qulaqlıqdan istifadə etdiyinə görə, eşitmə qabiliyyəti zəifləyib və o əməliyyat olunub.