“Şou-biznes adamları ciddi olmur, ailə qurmaram...”

 17:38 26.03.2023     625

“MTV maqazin” subay sənət adamları arasında sorğu apararaq, bu sahədən kiminlə ailə qurmaq istədiklərini soruşub.

Redaktor.az bildirir ki, mövzuyla bağlı aktrisa Pərvin Abıyeva bunun mümkünsüz olduğunu deyib.

Pərvin Abıyeva etiraz etdi:“Ümumiyyətlə məşhur bir bəylə ailə qurmazdım. Çünki qısqanc adamam. Həm də şou-biznes adamları ciddi olmur. Mən daha ciddi bəyləri sevirəm. Gələcəkdə nə olacaq bilmirəm. Faktiki düşüncəm belədir”,- aktrisa əlavə edib.

Vüsalə Əlizadə gözəlliyi ilə HEYRAN ETDİ, xeberler

Aparıcı Vüsalə Əlizadə isə şou nümayəndəsiylə ailə qurmağı ağlının ucundan keçirmədiyini söyləyib.

Səidə Sultan gileyləndi: “Bircə dəfə…” Yeni Sabah

Müğənni Səidə Sultan “Şou-biznesdə gözüm düşdüyü adam yoxdur. Hələ ki, o ürəkli adamı görməmişəm. Çətin adamam, ona görə mənimlə də dolanmaq qəlizdir” reaksiyasını verib.

Şəhriyar Əbilov “AzTV”də aparıcılıq edəcək

Aparıcı-aktyor Şəhriyar Əbilov isə şou əhli arasından artıq heç kimlə ailə qurmayacağını bildirib.

Türkan Vəlizadə: “...Toya 1 manata çağırırlar”

Türkan Vəlizadə də fikrini bildirərək, “Şou-biznesdən inanmıram. Çünki düşünürəm ki, eyni sənətdə olduğum insanlarla yola getmərəm” deyib.

Humay Qədimova Daxili İşlər Nazirliyinə müraciət etdi - VİDEO Pravda.az

Tarzən Humay Qədimova “Şou əhli arasında çox qanacaqlı adamlar var. Sadəcə onları görmək lazımdır. İnsan sevgi etirafını birinci bəydən alar. Qadın da ona qarşlıq verər. Mən belə təklif almamışam” cavabını verib.

Xoşqədəmin verilişindəki ittihamlar müğənni Aysel Əlizadənin həyatını  alt-üst edib - 14.03.2019, Sputnik Azərbaycan

“Eyni sahədə olan adamla ailə qurmaq asan deyil, ələxsus da müğənni bir bəylə. Hər gün biri məclisdə olacaq və bu baxımdan belə cütlük tam ailə kimi ola bilməz. Mənim üçün daha sakit həyat uyğundur” deyə, müğənni Aysel Əlizadə bildirib.