Niyaməddin Musayev məşhur mahnını "Dərviş" bandla duet oxudu - VİDEO

 23:30 29.03.2023     1965

Xəbər verdiyimiz kimi, 20 mart tarixində keçirilən “Səs Azərbaycan: Doğma nəğmələr” yarışmasının final mərhələsində qonaq qismində çıxış edən “Dərviş” band qrupunun ifası sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qrup, sözləri Məmməd Araza, musiqi isə Niyaməddin Musayevə məxsus olan məşhur “Dünya sənin, dünya mənim” mahnısını rok stilində ifa edib.

Redaktor.az xəbər verir ki, bu dəfə isə Niyaməddin Musayev "Dərviş" bandla birgə duet oxuyub.

Duet qısa zamanda baxış toplayıb.

Qeyd edək ki, "Dünya sənin, dünya mənim" ilk dəfə 1980-cı illərin sonlarında Niyaməddin Musayevin ifasında səsləndirilib.