Röya Ayxana qarşı dələduzluq

 14:13 04.04.2023     1156

Xalq artisti Röya Ayxan dələduzluğa məruz qalıb.

Redaktor.az OLAY-a istinadən xəbər verir ki, pop ulduz bu barədə instaqram hesabında məlumat verib. Sənətçi qeyd edib ki, Bakıda olmadığı halda restoranların biri onun adını afişaya salıb və 4 aprel tarixində paytaxtda səhnə alacağını qeyd edib.

R. Ayxan deyib ki, o, hazırda dostları ilə Azərbaycandan kənar tətildədir və Bakıda səhnə almayacaq.