Əməkdar artist ərə getmək üçün efirə çıxan xalasını biabır etdi: "Heç olmasa, ili çıxardı"

 15:59 05.04.2023     1096

“Lalə” qızlar ansamblının solisti, Əməkdar artist Rəhilə Bəndəliyevanın Mülayim adlı xalası ailə qurmaq üçün efirə çıxıb. Nəticədə müğənni ilə xalası arasında qalmaqal yaşanıb.

Redaktor.az lent.az-a istinadən xəbər verir ki, Mülayim xanım həyat yoldaşının dünyasını dəyişdiyini və yenidən ərə getmək istədiyini deyib: "Həyat yoldaşım son gününə qədər yanımda olub, ayrı yaşamamışıq. Tək qala bilmirəm. Oğlum öz həyat yoldaşı ilə kefdədir"

Verilişə zəng edən Rəhilə Bəndəliyeva xalasının ərinin vəfatından 1 il keçmədiyini bildirib.

"Xalamın yoldaşının əri yeni rəhmətə gedib. Heç ili çıxmayıb. Heç olmasa, ərinin ili çıxardı. Hamı onu qınayacaq. 16 nəvəsi var, birini götürüb yanında saxlasın"

Vumart və Güvən reklamı Vumart Güvən