Azərbaycanlı müğənninin “YouTube” kanalının baxış sayı 1 milyardı ötdü - FOTO

 10:06 06.04.2023     661

Müğənni Üzeyir Mehtizadənin "YouTube" kanalı "Uzeyir Mehdizade Official" bu platformada baxış sayı 1 milyardı keçən ilk Azərbaycan rəsmi kanalı olub.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, 2,06 milyon abunəçisi olan kanalda 311 video yerləşdirilib.

Qeyd edək ki, 2020-ci ilin yanvarında "YouTube" video portalı kanal abunəçilərinin sayı 1 milyona çatan Ü.Mehtizadəni "qızıl düymə" ilə mükafatlandırıb.

Xatırladaq ki, Ü.Mehtizadə 1992-ci il mayın 19-da anadan olub. İfaçının ondan çox albomu buraxılıb.

O, Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə solo konsertlər verib.