Məşhur türkiyəli sənətçi xərçəngdən əməliyyat olundu
Məşhur türkiyəli klarnet ifaçısı Hüsnü Şenlendiriciyə bağırsaq xərçəngi diaqnozu qoyulub.
Redaktor.az "Sabah"a istinadla xəbər verir ki, 46 yaşlı sənətçi özəl xəstəxanada əməliyyat olunub.
Bağırsağının 11 sm-i çıxarılan musiqiçi bir həftə həkim nəzarətində qalacaq.
Klarnet ifaçısının vəziyyətinin yaxşı olduğu deyilir.